İngiltərənin "Aston Villa" klubu öz yetirməsi olan Aaron Remzi ilə peşəkar müqavilə bağlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
18 yaşlı futbolçu ilə müqavilənin dəqiq müddəti açıqlanmasa da, uzun müddətli olduğu bildirilir.
 
Qeyd edək ki, Aaron Remzi "Aston Villa"nın digər futbolçusu Ceykob Remzinin qardaşıdır. 19 yaşlı Ceykob artıq bu klubun əsas komandasında forma geyinir.
 
"Aston Villa" bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 27 oyunda 41 xal toplayıb və 9-cu pillədə qərarlaşıb.
 
Sonda onu da bildirək ki, dünya futbolunda Aaron Remzi adlı daha bir futbolçu var. Uels yığmasının 30 yaşlı üzvü hazırda İtaliyanın "Yuventus" klubunda çıxış edir. Maraqlıdır ki, "Aston Villa"lı Aaron da "Yuventus"dakı həmkarı kimi, yarımmüdafiəçidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest