İngiltərənin "Mançester Yunayted" klubunun yeni titul sponsoru məlum olub.
 
Matc.az xəbər verir ki, bundan sonra sözügedən klubun titul sponsoru "TeamViewer" şirkəti olacaq.
 
Bu barədə Premyer Liqa nəhəngi və "TeamViewer" şirkətləri məlumat yayıb. Tərəflər arasında 5 illik müqavilə imzalanıb. "Mançester Yunayted" bu əməkdaşlıqdan təxminən 326 milyon avro qazanacaq.
 
Növbəti mövsümündən "Mançester Yunayted"in formalarında "TeamViewer"in loqosu yerləşdiriləcək.
 
İngiltərə klubunun bundan əvvəlki titul sponsoru "Chevrolet" şirkəti idi. Avtomobil şirkəti ilə müqavilədə "qırmızı şeytanlar" illik təxminən 87 milyon avro qazanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest