Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev "Dalğa Arena"da  Azərbaycan  milli komandasının heyəti ilə görüşüb.
 
Matc.az xəbər verir ki, təlim-məşq toplanışının Novruz bayramı günlərində keçirildiyini qeyd edən AFFA-nın prezidenti ilk növbədə komanda üzvlərini xalqımızın əziz bayramı münasibətilə təbrik edib. 
 
Rövnəq Abdullayev dünya çempionatının seçmə mərhələsi ərəfəsində millimizə uğurlar arzulayıb.
 
Millimizin baş məşqçisi Canni De Byazi toplanışın gedişi barədə qısa məlumat verib, xoş sözlərə görə AFFA prezidentinə komanda adından təşəkkür edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest