Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında "Səbail" lider "Qarabağ"ı qəbul edib. Ağdam klubu zirvədəki mövqeyini qorumaq üçün səfərdən qələbə ilə qayıtmağa çalışsa da, bu oyundan xal itkisi ilə ayrılıb.

İlk oyun gününün digər matçı "Sumqayıt"la "Qəbələ" arasında baş tutub. Sumqayıtlılar bu oyunda inamlı qələbəyə seviniblər.

Tura sabah keçiriləcək "Neftçi" – "Zirə" və "Keşlə" – "Sabah" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
23-cü tur

16 aprel

"Səbail" – "Qarabağ" 1:1
Qol: A.Yunanov, 38-pen – U.Matiç, 42.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.
Bakı. "ASCO Arena", 18:00.

Səbail: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev (k), 34. ürfan Abbasov, 55. Adil Nağıyev, 29. Amil Yunanov, 9. Florian Kadriu, 19. Luka İmnadze, 4. Ali Sisey, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 12. Şahin Zəkiyev, 26. Kamal Qurbanov, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 20. Ruslan Hacıyev, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 9. Xayme Romero, 8. Uroş Matiç, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

"Sumqayıt" – "Qəbələ" 2:0
Qol: R.Sadıxov, 66. Ə.Qurbani, 75.
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov.
"Sumqayıt Arena", 20:15.

Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 17. Murad Xaçayev, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 6. Kamal Mirzəyev, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı, 27. Mehrac Baxşalı.
Baş məşqçi: Elmar Baxşıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest