Amil 40-cı topunu ölkə çempionatındakı 136-cı matçında vurub. O, 1992-ci ildən keçirilən yarışın tarixində 40 və daha çox qol vuran 60-cı futbolçudur.

“Səbail”in futbolçusu Amil Yunanov Azərbaycan çempionatlarında 40-cı qoluna imza atıb. Matc.az xəbər verir ki, bu yubiley Premyer Liqanın XXV turuna təsadüf edib. Paytaxt təmsilçisinin oyunçusu “Qəbələ” ilə ev görüşünün taleyini həll edən qolun müəllifi olub.
 
Amil 40-cı topunu ölkə çempionatındakı 136-cı matçında vurub. O, 1992-ci ildən keçirilən yarışın tarixində 40 və daha çox qol vuran 60-cı futbolçudur.
 
Qeyd edək ki, debütü 2010/11 mövsümünə təsadüf edən Yunanov ilk qolunu növbəti çempionatda “Qəbələ”nin heyətində vurub. O, daha üç komandanın formasını geyərkən qol sevinci yaşayıb. Amil “Sumqayıt”da 28, “Səbail”də 6, “Keşlə”də 5 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest