Dç-2022-nin Afrika zonası üzrə iyunda keçirilməsi planlaşdırılan seçmə mərhələ oyunları təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
 
Qarşılaşmaların təxirə salınmasına koronavirus pandemiyasının yaratdığı çətinliklər səbəb göstərilib.
 
Təxirə salınmış oyunların bu ilin sentyabr-noyabr aylarında, həmçinin 2022-ci il martında təşkil olunması nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest