Fransa Liqa 1-də mövsümün ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
 
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
 
Liqa 1-də mövsümün ən yaxşı futbolçusu adına “Lill”dən Burak Yılmaz, PSJ-dən Neymar və Kilian Mbappe, Lion “Olimpik”indən Memfis Depay və “Monako”dan Vissam Ben Yedder namizəd olub.
 
“Lill”də çıxış edən türk hücumçu Burak bu mövsüm Liqa 1-də 15 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Liqa 1-də sona 2 tur qalmış lider “Lill”dir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest