UEFA Ukrayna milli komandasının Aç-2020 üçün hazırlanmış formalarında Krımın Ukrayna ərazisi kimi göstərilməsini və "Слава Украине!", "Героям Слава!" ("Yaşasın Ukrayna! Qəhrəmanlara eşq olsun!") yazılarının çıxarılmasını tələb edib.
 
Matc.az xəbər verir ki, qurum bununla bağlı Ukrayna Futbol Assoiasiyasına göstəriş verib. Ukrayna yığması UEFA-nın göstərişindən sonra Aç-2020 üçün formalarını dəyişəcək.
 
Ukrayna yığmasının formalarının üzərində Krımın Ukrayna ərazisi kimi göstərilməsi və siyasi şüarlarının yer alması Rusiyanın narazılığına səbəb olmuşdu.
 
Aç-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Ukrayna yığması turnirin qrup mərhələsində Niderland, Avstriya və Şimali Makedoniya ilə qarşılaşacaq.
 
Aç-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
 
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest