“İmişli”nin baş məşqçisi Ervins Perkons “Şəfa”ya məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, bölgə təmsilçisi Premyer Liqanın XIII turunda Yevlax şəhər stadionunda “Şəfa”ya 1:3 hesabı ilə uduzub.
Matçdan sonra keçirilən mətbuat konfransında Perkons komandasının çıxışından narazılığını ifadə edib:
“Oyunla bağlı deyiləcək çox şey yoxdur. Rəqib yaxşı oynadı, biz isə sadəcə meydanda var idik”.
Baş məşqçi komandasının mübarizə əzminin aşağı olmasının məğlubiyyətə təsir etdiyini bildirib:
“Komandada sanki mübarizə aparmaq istəyi yox idi. Rəqib üçün isə bu matç final qarşılaşması idi. Bütün mübarizələrdə bizdən üstün oldular. Heç kim sənə xal verməyəcək, onu özün qazanmalısan. Rəqib bizdən daha yaxşı oynadı və qələbə qazandı”.
Perkons taktiki dəyişikliklərlə bağlı suala da aydınlıq gətirib:
“Taktikanı dəyişmədiyimizi deməzdim. İlk hissədə 4-4-2 sistemi ilə oynadıq, fasilədən sonra isə 3-5-2-yə keçdik. Topun irəli daşınması yarımmüdafiəçilərdən asılı idi. Onlar daha çox driblinq etməyə çalışırdılar. Bu isə topun cinahlara çatdırılmasını ləngidirdi. Nəticədə istədiyimiz nəticəni əldə edə bilmədik”.






_1693395834.png)






