UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi" və Gürcüstanın "Dinamo" (Tiflis) komandaları arasında keçiriləcək cavab oyununa 2000-dən çox bilet satılıb. Matc.az xəbər verir ki, bu barədə "Neftçi TV"yə "Bakcell Arena"nın kassasından bildirilib.
 
Qeyd olunub ki, satışa çıxarılmış 3500 biletdən təqribən 2200-ü artıq alınıb.
 
Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Dinamo" oyununa saat 21:00-da start veriləcək. Tiflisdəki ilk oyunda "ağ-qaralar" 2:1 hesablı qələbə qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest