"Barselona" klubunun Mark Kasadonun mümkün transferi ilə bağlı tələbləri bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu 22 yaşlı yarımmüdafiəçinin satışından təxminən 40 milyon avro qazanmaq istəyir. "Blauqrana" artıq onu qane etməyən bir təklifi rədd edib.
İspaniyalı futbolçunun keçidində Səudiyyə Ərəbistanı klubları maraqlıdır. Agent Jorje Mendeş öz müştərisinə mümkün variantlar barədə məlumat verib.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flikin oyunçu ilə yollarını ayırmağa hazır olduğu qeyd edilir – o, komandanın yarımmüdafiə xəttinin kifayət qədər komplektləşdiyini düşünür.
Ötən La Liqa mövsümündə Kasado meydanda orta hesabla 40 dəqiqə olmaqla 24 matçda iştirak edib.













