28 İyul 2026, 16:25
FUTBOL
"Mançester Siti" klubu Yoşko Qvardiol ilə müqavilənin müddətinin uzadıldığını elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Xorvatiya millisinin müdafiəçisi ilə imzalanan yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
Cari yay transfer pəncərəsində "Real" Madrid klubunun Qvardiol ilə maraqlandığı bildirilirdi.
Qvardiol 2023/24 mövsümündən bəri "Mançester Siti"nin şərəfini qoruyur. Geridə qalan mövsümdə 24 yaşlı futbolçu Premyer Liqada meydana çıxdığı 18 matçda 2 qol vurub.













