28 İyul 2026, 16:41
FUTBOL
"Mançester Siti" klubunun və İspaniya millisinin yarımmüdafiəçisi Rodri belindən uğurlu əməliyyat olunub.
Matc.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 30 yaşlı futbolçunu yaxın vaxtlarda bərpa prosesi gözləyir. Cərrahiyyə müdaxiləsi səbəbindən Rodri yeni mövsümün başlanğıcında komandasına kömək edə bilməyəcək.
Rodri 2019-cu ilin iyul ayından bəri İngiltərə klubunun şərəfini qoruyur. Bu müddət ərzində o, "Mançester Siti"nin heyətində 298 matçda meydana çıxıb və 28 qol vurub. Həmçinin onun hesabında 32 məhsuldar ötürmə var













