Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə "Sabah"dan ayrılıb. Matc.az xəbər verir ki, 24 yaşlı futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
 
O, bu ölkənin "Əl Əyn" klubu ilə razılığa gəlib. Ərəblər bu transferə görə "Sabah"a müəyyən məbləğ ödəyəcəklər. Amma Azərbaycan təmsilçisinə ödəniləcək təzminatın məbləği açıqlanmır.
 
BƏƏ klubu hələ Bəhlulun transferini rəsmən açıqlamayıb. Hazırda futbolçu və onun yeni klubu sənəd məsələlərinin həllinə çalışır.
 
Qeyd edək ki, "Əl-Əyn"in baş məşqçisi ötənlərin məşhur futbolçusu, Ukrayna millisinin sabiq hücumçusu Sergey Rebrovdur. 47 yaşlı mütəxəssis ötən ay bu komandaya baş məşqçi təyin olunub.
 
Bəhlul Mustafazadə "Qəbələ"nin yetirməsidir. O, hələ bu klubda olarkən 2017/18 mövsümünü "Sumqayıt"da icarədə keçirib. 2019-cu ildən isə müdafiəçi "Sabah"ın uğurları üçün çalışırdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest