Futbol üzrə Azərbaycan çempionu "Neftçi" bu gün UEFA çempionlar Liqasında növbəti matçını keçirib. Matc.az xəbər verir ki, Bakı klubu bu turnirin II təsnifat mərhələsi çərçivəsində Yunanıstan çempionu "Olimpiakos"la cavab oyununa çıxıb.

Səfərdə 0:1 hesabı ilə uduzan "Neftçi", mərhələ adlamaq üçün rəqibi üzərində mütləq inamlı qələbə qazanmalıydı. Lakin bakılılar doğma meydanda da bu rəqibə məğlub olublar və çL-də mübarizəni dayandırıblar.

Qeyd edək ki, bu cütün məğlubu yoluna Avropa Liqasında davam edəcəkdi. Bir sözlə, "Neftçi" Avroliqanın 3-cü təsnifat mərhələsində Finlandiya çempionu HİK ilə qarşılaşacaq.

UEFA çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
28 iyul

Neftçi – Olimpiakos 0:1
Qol: G.Masuras, 15.
Baş hakim: Rikardo de Burqos (İspaniya)
Bakı. "Bakcell Arena".
İlk oyun – 0:1

Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Soares, 14. Romen Bask, 24. Yusuf Laval, 26. ömər Buludov, 29. Samir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 4. Huqo Basto, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.

Olimpiakos: 88. Kostas Tsolakis, 3. Ruben Semedo, 9. Ahmed Hassan, 18. Pyer Kunde, 19. Georgos Masuras, 24. Usseynu Ba, 25. Svetozar Markoviç, 27. Kenni Lala, 28. Matye Valbuena (k), 66. Pape Abu Sisse. 90. Vasilis Surlis.
Ehtiyat oyunçular: 1. Tomaş Vatslik, 44. İlias Karagiris, 11. Yussef Əl-Arabi, 12. Alqassime Ba, 17. Marius Vrusai, 20. Nikola çumiç, 34. Avraam Papadopulos, 53. Nikitas Nikolis, 55. Xristos Liatsos, 97. Lazar Randeloviç.
Baş məşqçi: Pedro Martins.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest