Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörəngücü" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, 1-ci liqa təmsilçisi "Qalatasaray"dan Əli Yavuz Kolu icarəyə götürüb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu 2021/2022 mövsümünü Ankara təmsilçisində keçirəcək.
 
"Keçiörəngücü" 1-ci liqada 2 turdan sonra 12-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest