Futbol üzrə İsveçrə çempionatında 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Bazel" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Yanq Boyz"la qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
"Bazel" 5 turdan sonra 11 xalla 10 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, "Qarabağ"ın "Bazel"lə ilk oyunu sentyabrın 16-da Bakıda, ikinci qarşılaşması isə dekabrın 9-da səfərdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest