“Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlama verib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, klub prezidenti Xuan Laportanın onun haqqında dediyi “baş məşqçi tam səlahiyyətə sahib deyil” fikrinə münasibət bildirib.
 
“Laporta ilə münasibətimiz yaxşı idi. Amma ötən həftə düzgün olmayan açıqlama verdi. O, baş məşqçinin tam səlahiyyətə malik olmadığını dedi. Düşünürəm ki, Laporta bir az məntiqsiz açıqlama verib.
 
Bu məsələni öz aramızda da danışa bilərdik. Mediaya bu cür açıqlama vermək lazım deyildi. Klubun, işçilərin, komandadakı futbolçuların mənə güvəndiyini hiss edirəm. “Barselona”da qalmaq istəyirəm. Bu klub gələcəyini mənə borcludur”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest