Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 11-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası "SKA-Xabarovsk" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Tekstilşik"lə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.
 
Xabarovsk təmsilçisi Kamranı "Ximki"dən bu mövsümün sonuna kimi icarəyə götürüb. "SKA-Xabarovsk"da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq "Ural"ından icarəyə götürülmüş futbolçu bu görüşdə dubla imza atıb. O, 27-ci dəqiqədə hesabı açıbsa, 59-cu dəqiqədə penaltidən dəqiq yararlanıb.
 
SKA-Xabarovsk" 11 turdan sonra 20 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest