Məsiyev 7-ci qrupun oyunlarına təyinat alıb. Azərbaycanlı referi əvvəlcə oktyabrın 7-də keçiriləcək Finlandiya - İsveçrə qarşılaşmasını idarə edəcək. Onun köməkçilərindən biri azərbaycanlı yan xətt hakimi Elşad Abdullayev olacaq. Digər yan xətt hakimi və dördüncü hakim isə Avstriyadandır.

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev beynəlxalq oyunlara təyinat alıb. Matc.az xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Aç-2022-nin seçmə mərhələ oyunlarında iş başında olacaq.
 
Məsiyev 7-ci qrupun oyunlarına təyinat alıb. Azərbaycanlı referi əvvəlcə oktyabrın 7-də keçiriləcək Finlandiya – İsveçrə qarşılaşmasını idarə edəcək. Onun köməkçilərindən biri azərbaycanlı yan xətt hakimi Elşad Abdullayev olacaq. Digər yan xətt hakimi və dördüncü hakim isə Avstriyadandır.
 
Azərbaycanlı hakimlər oktyabrın 10-da bu qrup çərçivəsində baş tutacaq Bosniya və Herseqovina – Finlandiya matçına da təyinat alıblar. Elşad Abdullayev yenə yan xətt hakimi olacaqsa, Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.
 
Oktyabrın 13-də keçiriləcək Cəbəllütariq – Finlandiya görüşünü də Elçin Məsiyev idarə edəcək. Ona bu dəfə maltalı hakimlər və Abdullayev yardım göstərəcək.
 
7-ci qrupun matçlarına Finlandiya ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest