Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Neftçi" komandası bu gün yoxlama oyunu keçirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Neftçi" komandası bu gün yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, "ağ-qaralar" "Qəbələ" ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
 
Oyunda hesabı "Neftçi"nin legioneri Tyaqo Bezerra açıb. "Qəbələ"nin heyətində də İsnik Alimi fərqlənib.
 
Yoxlama oyunu
9 oktyabr
 
"Neftçi" – "Qəbələ" 1:1
Bakı. "Türk Hava Yolları Futbol Mərkəzi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest