"Balanslı qrupdayıq, "Qarabağ" və "Kayrat"la görüşlərimizdə daha çox xal yığa bilərdik. çempionat bizim prioritetimizdir, lakin avrokuboklarda iştirak xatirinə çıxış edə bilmərik". Matc.az xəbər verir ki, bunu Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq komandasının UEFA Konfrans Liqasındakı şanslarını dəyərləndirərkən deyib.
 
52 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə qalib gəlməyə qadirdirlər: "Mərhələ adlamaq üçün real şanslarımızın olub-olmadığını demək çətindir. "Bazel" və "Qarabağ" hər il avrokuboklarda çıxış edir. Püşkatma vaxtı biz dördüncü səbətdə yer almışdıq. Oyundan-oyuna artırmalıyıq. Gec-tez qalib gələcəyik. Yüksəliş və enişlərimiz olacaq, amma çətinliklərimizi dəf etmək üçün yola çıxmışıq".
 
Norveçli baş məşqçi İyayi Atyemvenin "Apollon"a 1:0 hesabı ilə qalib gəldikləri Kipr çempionatının VI tur matçının 39-cu dəqiqəsində əvəzlənməsinə verdiyi reaksiya barədə də danışıb: "Mən onun məyusluğunu başa düşürəm. Lakin meydandan çıxdıqda su qabına zərbə endirməsi lazımsız idi".
 
Qeyd edək ki, Konfrans Liqasının ilk turunda Qazaxıstanda "Kayrat"la qol heç-heçə etmiş "Omoniya" Kiprdə "Qarabağ"a 1:4 hesabı ilə uduzub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest