04 Noyabr 2021, 22:46
FUTBOL
Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda "Kayrat"a qalib gələn "Qarabağ" rekord aimza atıb. Matc.az xəbər verir ki, Almatıdakı 2:1 hesablı qələbə ilə Ağdam təmsilçisi xalını 10-a çatdırıb. Bu, bir Azərbaycan klubunun avrokubokların qrup mərhələsində topladığı ən yüksək xaldı.
Əvvəlki rekord da "Qarabağ"a məxsus idi. Qurban Qurbanovun komandası Avropa Liqasının 2016/17 mövsümündə 7 xal toplamışdı.