Kiprin "Omoniya" klubu Bakıda "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur matçında daha bir oyunçusunun xidmətindən yararlana bilməyəcək. Matc.az xəbər verir ki, Nikosiya təmsilçisinin əsas qapıçısı Fabiano görüşdə iştirak etməyəcək.
 
IV turda İsveçrə "Bazel"i ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda zədələnən 33 yaşlı braziliyalı qolkiper artıq ili başa vurub.
 
Noyabrın 25-də keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Daha əvvəl Yannis Kusulosun qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.
 
Azərbaycan təmsilçisi IV turda Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gəlməklə pley-offa vəsiqəni təmin edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest