İtaliyanın keçmiş baş naziri və "Milan" klubunun sabiq rəhbəri Silvio Berluskoninin həkimi Alberto Zanqrillo klub prezidenti olub. Matc.az xəbər verir ki, Alberto "Cenoa"ya rəhbər təyin edilib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
1986-2017-ci illər aralığında "Milan"a rəhbərlik edən Berluskoni, 2017-ci ildə klubu çinli iş adamlarına satıb. 84 yaşlı funksioner hazırda İtaliya B Seriyası təmsilçisi "Montsa"nın sahibidir.
 
Berluskoni 2008-2011-ci illər aralığında İtaliyanın baş naziri olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest