Moskva "Spartak"ının yetirməsi olan yarımmüdafiəçi bu mövsümdən "Arsenal"da oynayır. O, hələ yeni komandasına tam yerləşə bilməyib. Quliyev karyerası ərzində "Anji" və "Rostov"un da formasını geyinib.

"Neftçi" qışda heyətini gücləndirməyə çalışacaq. Matc.az xəbər verir ki, Bakı klubu əsasən yerli oyunçu bazasını qaydaya salmaq niyyətindədi.
 
Paytaxt təmsilçisinin hədəfindəki futbolçulardan birinin adı dəqiqləşdirib. Bu, hazırda Rusiyanın "Arsenal" (Tula) klubunda oynayan Ayaz Quliyevdi. 25 yaşlı yarımmüdafiəçi ikili vətəndaşlığa malikdi və Azərbaycanda yerli status daşıyacaq. Bu isə indiki məqamda "Neftçi"yə sərf edir.
 
Hazırda əsas problem Quliyevin "Arsenal"la 2023-cü ilin yayına qədər müqaviləsinin olmasıdı. Bu səbəbdən "Neftçi" qışda Ayazı icarəyə götürmək, mövsümün sonunda isə birdəfəlik transfer çalışmalarına başlamaq istəyir.
 
Moskva "Spartak"ının yetirməsi olan yarımmüdafiəçi bu mövsümdən "Arsenal"da oynayır. O, hələ yeni komandasına tam yerləşə bilməyib. Quliyev karyerası ərzində "Anji" və "Rostov"un da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest