10 Dekabr 2021, 14:40
FUTBOL
Azərbaycanlı hücumçu Mahir Emrelinin oyunu 3 balla qiymətləndirilib. Matça əsas heyətdə başlayan Emreli 72-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib.
Polşanın "Legiya" komandası Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Spartak"a (Moskva, Rusiya) uduzub – 0:1. Matc.az xəbər verir ki, Polşa mətbuatı sözügedən oyunda iştirak edən oyunçuların performanslarını qiymətləndirib.
Azərbaycanlı hücumçu Mahir Emrelinin oyunu 3 balla qiymətləndirilib. Matça əsas heyətdə başlayan Emreli 72-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib.
"Legiya"da ən yüksək xalı müdafiəçi Yuri Ribeyro və qapıçı Artur Boruts alıb. Onların performansı 5 balla qiymətləndirilib.