"Bu məqsəd və həvəslə çalışırq. Amma asan deyil. Bu da Allahın bir hikmətidir. Baxırsınız, 5 ildə əla futbolçular çıxır, 3-4 il səssizlik olur"

"Qarabağ"ın prezidenti Tahir Gözəl "İdman TV"də yayımlanan "Mərkəzi xətt" verilişinin qonağı olub. Matc.az xəbər verir ki, klub rəsmisi müsahibəsində ölkə başçısı İlham Əliyevin "Qarabağ"a maliyyə yardımı ayırması barədə də danışıb:
 
"Bu, tarixdə indiyədək aldığımız ən böyük dəstək idi və həqiqətən inkişafımıza çox töhvə verəcək. Məbləğ qəpiyinidək klubumuzda uşaqların inkişafına və infrastruktura gedəcək. Cənab Prezident bunları bilir.
 
"Qarabağ"ın məqsədi yerli dahilərimizi yetişdirməkdir. Bu məqsəd və həvəslə çalışırq. Amma asan deyil. Bu da Allahın bir hikmətidir. Baxırsınız, 5 ildə əla futbolçular çıxır, 3-4 il səssizlik olur. Təbiət kimidir, necə ki, hava dəyişir... Deyirlər ki, bu il quraqlıq oldu və ya çox yağış yağdı. Bu da Allahın hikmətidir. Ammma məqsədimiz odur ki, bu, dayanmasın. özümüzə belə hədəflər qoyuruq".
 
T.Gözəl klubunda ümumilikdə 165 futbolçunun olduğunu da diqqətə çatıdrıb.
 
Qeyd edə ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan "Qarabağ" futbol klubuna 5 milyon manat ayrılıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest