15 Dekabr 2021, 14:45
FUTBOL
Dekabrın 17-də FIFA azərbaycanlı futbolçu Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubundan şikayət ərizəsi ilə bağlı qərarını açıqlayacaq. Keçən mövsümün sonunda əvvəlcə futbolçu ilə ilkin müqavilə imzalayıb, daha sonra bu keçiddən imtina edən ərəblərdən təzminat almaq mümkün olacaqmı? Proses nə yerdədi? Bəhlulun əleyhinə hər hansı amil varmı?
Futbolçunun meneceri Vaqif Heydərli "FutbolPress"ə açıqlamasında bunları söylədi:
"Lazım olan bütün prosedurlardan keçilib. İndi yalnız FIFA-nın qərar verməsi qalır. Veriləcək yekun qərarı gözləyirik. Bu yerə qədər gəlmişiksə, müsbət nəticəyə ümid edirik.
Bəhlulun əleyhinə hər hansı amil? Biz görmürük. Prosesdə elə bir şey olmadı. ümumiyyətlə, praktikada belə bir hal yoxdu ki, bu hadisələrdə neqativ qərar olsun. Ancaq bütün hallarda qərarı gözləməliyik. İndi konkret bir söz demək mümkün deyil".
Mustafazadə BƏƏ klubundan 900 min avro təzminat tələb edir.