15 Dekabr 2021, 15:14
FUTBOL
AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxliklə müqavilə müddətini artırmayacağına dair xəbərlər yayılıb. İddialara əsasən, Azərbaycanda VAR sistemi Ştuxliksiz tətbiq olunacaq. Məlumata görə, AFFA-nın gələn ilin ilk rübündə keçiriləcək Hesabat-Seçki Konfransında avstriyalı ilə yollar ayrılacaq.
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. O, yayılan xəbərlərin əsassız olduğunu bildirdi:
"Fritslə yolların ayrılacağına dair məlumatlar həqiqəti əks etdirmir. VAR sisteminin Azərbaycana gəlməsi, çempionatda tətbiqi prosesinin Ştuxliklə aparılması planlaşdırılıb. Ən azı bu büddətdə onun Azərbaycanda olacağı dəqiqdi". futbolpress.az