Azərbaycan futbolunda antidopinq qayda pozuntusu aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında açıqlama verib. O bildirib ki, il ərzində 19 pozuntunun qeydə alındığı 11 idman növündən biri də futboldur.
 
Hüseynli prosesin davam etməsi səbəbindən ad çəkməyin məqsədəuyğun olmadığını bildirib. Direktor daha sonra bu barədə ictimaiyyətə açıqlama veriləcəyini söyləyib.
 
ümumilikdə isə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2021-ci ildə 1 588 test götürüb. Hüseynli  bildirib ki, testlərin 88 faizi paytaxt Bakını əhatə edib: "Bunlardan 1450-si milli test proqramı əsasında gerçəkləşib. Yetkinlik yaşına çatmayan idmançılardan 384, paralimpiyaçılardan 26 test götürülüb".
 
Bu il 11 idman növündə 19 antidopinq qayda pozuntusunun aşkarlandığını deyən Ş.Hüseynli 5 nöqsanın pauerliftinqdə qeydə alındığını dilə gətirib: "Bu il bir idmançı antidopinqdən bəraət alıb. Bundan əlavə, 50 məkan məlumatı xətası baş verib".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest