Türkiyənin "Qalatasaray" komandasında koronavirusa yoluxma halları aşkarlanıb. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin məşqçiləri Selçuk İnan və Cihan ünaldan, həmçinin yarımmüdafiəçi Taylan Antalyalıdan COVID-19 üçün götürülmüş test nümunələri müsbət çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər 3 şəxs komandadan təcrid olunaraq, karantinə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest