Türkiyənin "Trabzonspor" klubu futbolçusu Edqar Le ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Edqarın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2019-cu ilin avqustunda transfer olunan və 3 illik müqavilə bağlanılan futbolçu ilə sözləşmə bu ilin yayında başa çatacaqdı. Lakin tərəflər erkən ayrılmağa qərar veriblər. Futbolçuya xidmətlərinə görə təşəkkür edən klub, ona gələcək karyerasında uğurlar arzulayıb.
 
Xatırladaq ki, bir müddət öncə dizindən aldığı ağır zədə ilə əlaqədar əməliyyat olunan futbolçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Trabzon təmsilçisi bir müddət öncə Abdülkadir Parmak və Yusuf Sarı ilə də yollarını ayırmışdı.
 
"Trabzonspor" heyətini yeni futbolçu ilə də gücləndirib. Sözügedən klub Super Liqanın digər təmsilçisi "Kasımpaşa"dan Yusuf Ərdoğanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 3.5 illik müqaviləyə imza atan futbolçunun keçidinə görə "Kasımpaşa"ya 500 min avro ödəniləcək.
 
Bu mövsüm 3.5 milyon lirə məvacib alacaq Ərdoğan, gələn mövsüm 7 milyon TL qazanacaq. Sonrakı mövsümlərdə futbolçunun məvacibində artım olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest