"Qarabağ"ın futbolçusu Musa Qurbanlı karyerasını Türkiyədə davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə "Fotomac" məlumat yayıb. Bildirilir ki, İstanbul təmsilçisinin baş məşqçisi önder Karaveli 20 yaşlı hücumçunun transferində maraqlıdır.
48 yaşlı mütəxəssisin klub rəhbərliyindən icazə alaraq, "Qarabağ" rəsmiləri ilə görüşdüyü iddia olunur.
Qeyd edək ki, önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. Musa Qurbanlı cari mövsüm Azərbaycan Premyer Liqasında 6 qol və 4 məhsuldar ötürmə ilə ən çox fərqlənən yerli oyunçudur. O, komandanın baş məşqçisi Qurban Qurbanovun oğludur.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest