ötən gün "Beşiktaş" klubunun baş məşqçisi önder Karaveli Antalyada toplanışda olan "Qarabağ"ın düşərgəsində qonaq olub. Matc.az xəbər verir ki, türk mütəxəssis ziyarət zamanı Ağdam təmsilçisinin futbolçusu Musa Qurbanlı ilə görüşüb.
 
Karaveli İstanbul təmsilçisinin skaut komandasını 20 yaşlı hücumçunu izləmək üçün Bakıya göndərəcək. Onlar Qurbanlıya fevralın 24-də UEFA Konfrans Liqasının pley-off mərhələsinin Fransa "Marsel"i ilə cavab görüşündə baxacaq və rəhbərliyə hesabat təqdim edəcək.
 
Qeyd edək ki, önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest