28 Yanvar 2022, 19:54
DÇ-2026
Dç-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsi çərçivəsində keçirilmiş çili – Argentina oyununda qeyri-adi hadisə qeydə alınıb. Matc.az xəbər verir ki, yan xətt hakimləri Fabrisiu Vilarinyu da Silva və Rodriqu Fiqereydu oyun üçün nəzərdə tutulan bayraqları hoteldə unudublar.
Ehtiyat avadanlıq olmadığından laynsmanlar döşəməsilən və mühafizəçilərin jiletlərindən yeni bayraqlar düzəldərək vəziyyətdən çıxıblar.
Qeyd edək ki, görüş Argentinanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.