26 İyul 2026, 17:21
FUTBOL
Hücumçu Edin Ceko "Şalke" ilə yeni müqavilə şərtlərini razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, 40 yaşlı futbolçunun yeni sözləşməsi 2027-ci ilin iyununa qədər qüvvədə olacaq.
Ceko komandanın Bundesliqaya qayıtmasından sonra da klubda çıxış etməyə davam edəcək.
Bosniyalı hücumçu karyerasını "Şalke"də davam etdirmək naminə A Seriyası və MLS klublarından, həmçinin digər Almaniya təmsilçilərindən gələn rəsmi təklifləri geri çevirib.













