İspaniyanın "Atletiko" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Madrid təmsilçisi Fransanın "Lill" klubundan Reynildo Mandavanı transfer edib.
 
Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Reynildo Mandava 2019-cu ildən "Lill"də forma geyinirdi. Mozambik millisinin də üzvü olan sol cinah müdafiəçisi, bu mövsüm Fransada 27 oyuna çıxıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest