"Neftçi" və Belarusun "Dinamo" komandaları arasında keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun hakim təyinatları müəyyənləşib.
"Neftçi" və Belarusun "Dinamo" (Minsk) komandaları arasında keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun hakim təyinatları müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Bakıda baş tutacaq qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Konstantinos Fellas olacaq. Ona yan xətt hakimləri Marios Kaloqirou və Qiorqios Çaralampous köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Konstantinos Neofitou yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 22-də "Palms Sports Arena"da oynanılacaq "Neftçi" - "Dinamo" matçı saat 20:00-da start götürəcək. Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da keçiriləcək.













