Başa çatmaqda olan 2026-cı il dünya çempionatı bütün gözləntiləri üstələyib və dünyanı birləşdirə bilib.
Matc.az xəbər verir ki, bu sözləri Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino deyib.
Qurum rəhbəri bu fikirləri Manhettendəki "Tramp Tauer" binasında ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilən tədbirdə səsləndirib.
"Sizə möhtəşəm bir dünya çempionatı keçirəcəyimizə söz vermişdim. Sözsüz ki, bu turnir bütün gözləntiləri aşdı. Amerika arzusu gerçəkliyə çevrildi, biz dünyanı Amerikada birləşdirdik", - deyə İnfantino bildirib.
"Sizin tərifə ehtiyacınız yoxdur, cənab prezident, lakin bu dünya çempionatı sizsiz bu qədər uğurlu olmazdı. Bu, sadəcə tarixin ən möhtəşəm dünya çempionatı deyil, həm də sosial və mədəni baxımdan bəşəriyyət tarixinin ən böyük hadisəsidir" - deyə FIFA rəhbəri Trampa müraciətlə əlavə edib.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunur. Turnirdə ilk dəfə olaraq 48 komanda mübarizə aparıb. İyulun 19-da İst-Raterfordda keçiriləcək final qarşılaşmasında Argentina və İspaniya yığmaları üz-üzə gələcək.













