"Kəpəz"in baş məşqçisi Azər Məmmədovun məşqçilər korpusu müəyyənləşib.
"Kəpəz"in baş məşqçisi Azər Məmmədovun məşqçilər korpusu müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Gəncə təmsilçisində Azər Məmmədovun köməkçiləri artıq məlumdur. Mütəxəssisin köməkçiləri qismində Etibar İbrahimov və İlkin Verdiyev yer alıblar. Qapıçılarla iş üzrə məşqçi vəzifəsi Vüqar Məmmədova, fiziki hazırlıq üzrə məşqçi funksiyası Kərim Diniyevə, analitik məşqçi postu isə Fərid Məmmədova tapşırılıb.
Xatırladaq ki, Azər Məmmədov cari ilin iyun ayında yenidən "Kəpəz"in baş məşqçisi postuna gətirilib və onunla 1 illik müqavilə imzalanıb. Bu, təcrübəli mütəxəssisin Gəncə klubundakı ikinci baş məşqçilik dönəmidir; o, daha əvvəl 2023-cü ilin iyun-noyabr ayları aralığında da komandaya rəhbərlik edib.













