"Tottenhem" klubu icarə əsasında komandada çıxış edən Kristian Romeronun transfer hüquqlarını alıb. Matc.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Antonio Konte açıqlama verib.
 
O, 23 yaşlı müdafiəçinin birdəfəlik transferi ilə bağlı "Atalanta" klubu ilə razılığa gəldiklərini deyib.
 
Romero 2021-ci ilin avqustunda "Atalanta"dan "Tottenhem"ə keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest