UEFA Konfrans Liqası çərçivəsində keçirilən "Olimpik Marsel" - "Qarabağ" matçında ermənilər təxribat xarakterli addım atıblar. Matc.az xəbər verir ki, qarşılaşmanın gedişində stadionda bir qrup azarkeş tərəfindən təxribatçı plakatlar açılıb.
 
"Qarabağ" məsələ ilə bağlı UEFA-ya etirazını çatdırıb. Klubun mətbuat katibi Gündüz Abbaszadə bildirib ki,  oyun ərzində və oyundan sonra UEFA nümayəndəsinə şifahi etiraz ediblər: "Bizə qarşı təxribat cəhdləri ilə bağlı quruma şikayətimizi yazılı şəkildə də ünvanlayacağıq".  
 
Qeyd edək ki, Marsel ermənilərin sıx məskunlaşdığı şəhərdir. Bunu nəzərə alan "Qarabağ" oyundan öncə mümkün erməni təxribatı məsələsi ilə bağlı UEFA-ya və "Marsel" klubuna müraciət edib. UEFA təhlükəsizliklə bağlı əlavə daha bir nəfər məsul şəxs ayırıb. fanat.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest