"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo yayda İngiltərəni tərk edə bilər. Matc.az "mirror"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun "mankunian"lıların düşərgəsində gözləntiləri hələ də özünü doğrultmayıb və o, növbəti mövsüm UEFA çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə klubdan ayrılacaq.
 
Xatırladaq ki, Ronaldo 2021-ci ilin yayında "Yuventus"dan 15 milyon avroya "Mançester Yunayted"ə qayıdıb. Bu mövsüm forvard İngiltərə Premyer Liqasında 21 matçda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun ingilislərlə müqaviləsi 2023-cü ildə başa çatır.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest