03 Mart 2022, 10:57
FUTBOL
"Neftçi"nin sabiq futbolçusu Kvame Karikari 2022-ci ildə ən çox qol vurmuş futbolçuların siyahısında yer alıb. Matc.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu hazırda 7 qolla 27 - 44-cü pillələri bölüşdürür.
Taylandın "Naxonratçasima" klubunda çıxış edən qanalı forvard İngiltərə "Liverpul"undan Məhəmməd Salah, Sadio Mane və "Tottenhem"dən Harri Keynlə eyni sayda qol vurub.
İFFHS Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Mançester Yunayted"indən Kriştianu Ronaldunun hərəyə 1 qola imza atdıqları üçün siyahıya düşmədiyini xatırladıb.
İki ay ərzində ən çox qol vurmuş futbolçu isə Kamerun yığmasının və Səudiyyə Ərəbistanı təmsilçisi "Ən-Nəsr"in hücumçusu Vensan Abubakardır. 30 yaşlı hücumçu 2 ay ərzində 11 dəfə fərqlənib.