05 Mart 2022, 20:21
FUTBOL
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatında debüt edib
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatında debüt edib. Matc.az xəbər verir ki, o, 26-cı tur çərçivəsində Zaqreb "Dinamo"sunun "Şibenik"ə qarşı keçirdiyi ev oyununun iştirakçısı olub.
Paytaxt klubunda ilk dəfə start heyətində meydana çıxan forvard 60-cı dəqiqədə Komnen Andriçlə əvəzlənib. Emreli birinci hissədə "Dinamo"da ilk qolunu vurmağa yaxın olsa da, qüvvətli zərbəsindən sonra top qapı tirinə tuş gəlib. Oyun isə Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbədən sonra xallarını 53-ə çatdıran "Dinamo" turnir cədvəlində ilk pilləyə yüksəlib.