15 Mart 2022, 10:09
FUTBOL
Fransanın PSJ klubunun sabiq futbolçusu Bruno Rodrigesin ayağı amputasiya olunub. Matc.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbolçular İttifaqı məlumat yayıb.
Bildirilib ki, 50 yaşlı veteran hücumçu davamlı ağrılardan əziyyət çəkdiyi üçün ayağının kəsilməsinə razılıq verib.
Bruno Rodriges 2000-2001-ci illərdə PSJ-də çıxış edib. Fransalı keçmiş forvard həmçinin ölkəsinin "Monako", "Lans" klublarında, İspaniyanın "Rayo Valyekano" komandasında da oynayıb. 2005-ci ildə karyerasını başa vurmuş veteran futbolçu ümumilikdə 259 matçda 76 qola imza atıb.