İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasın çempionlar Liqasındakı (çL) rekordunu qırıb. Matc.az xəbər verir ki, 37 yaşlı hücumçu buna İspaniya "Atletiko"suna 0:1 hesabı ilə uduzduqları 1/8 final mərhələsinin cavab görüşündə nail olub.

Qarşılaşmada sonadək meydanda olan Ronaldo artıq 47-ci dəqiqədə rekord vurub. Həmin an portuqaliyalı forvardın çL-dəki 15 909-cu dəqiqəsi olub. Kasilyas isə bir dəqiqə az meydanda olub.

Hücumçu turnirdə 183, qolkiper isə 177 matçda meydana çıxıb.

Qeyd edək ki, ilk matçda "Atletiko" ilə 1:1 hesablı heç-heçə edən "Mançester Yunayted" turnirlə vidalaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest