Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haaland "Mançester Siti"yə keçərsə, İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçu olacaq. Matc.az Britaniya mediasına istinadən xəbər verir ki, hücumçuya həftəlik 600 min avro maaş təklif ediblər.  
 
Daha əvvəl "şəhərlilərin" norveçli hücumçu ilə müqavilə imzalamaq üçün maliyyə imkanlarının olduğu bildirilirdi. Qeyd olunub ki, "Mançester Siti" və Haaland artıq şəxsi müqavilənin şərtlərini razılaşdırıblar.
 
Erlinq Almaniya klubuna 2020-ci ilin yanvarında "Red Bull"dan 20 milyon avroya keçib. Onun hazırkı müqaviləsi 2024-cü ildə başa çatır.  Haalandın xidmətində "Real" və "Barselona"nın maraqlı olduğu bildirilir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest