Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Birinci Divizionunun 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
"Qəbələ-2" – "Səbail-2" oyununda təcili tibbi yardım maşını oyuna gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub. "Səbail"in futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. "Səbail"in digər futbolçusu Elşad Tağıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 240 manat cərimə olunub. "Səbail"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
"Sumqayıt-2" – "Neftçi-2" oyununda "Sumqayıt"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. "Neftçi"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
"Zaqatala" – MOİK oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest